Almaniya təmsilçisi "Bavariya"dan ayrılacağı dəqiqləşən Tomas Müller karyerasını İtaliya A seriyasında davam etdirə bilər.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, hücumçunun xidmətində "Fiorentina" kollektivi maraqlıdır.
"Bənövşəyilər"in rəhbərliyi klubun idman direktorundan Müller barəsində müəyyən məlumatları əldə etməsini istəyib. Bununla belə 36 yaşlı oyunçu ilə rəsmi danışıqlara başlanılmayıb.
Qeyd edək ki, 2008-ci ildən "Bavariya"da çıxış edən Müller bu müddət ərzində 745 oyun keçirib və 248 qol vurub.