• Bakı 11° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Bakının bəzi əraziləri neçə saatdır ki, işıqsızdır

CƏMİYYƏT

16 Aprel 2025 | 20:26

Bakının bəzi əraziləri neçə saatdır ki, işıqsızdır

Bakının bir sıra əraziləri saatlardır ki, işıqsız qalıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Oxu.Az-a sözügedən ərazilərdə yaşayan sakinlər müraciət ediblər.

Bildirilib ki, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu ərazisində səhər saat 11-dən, Sulutəpə qəsəbəsi, Laçın rayon 10 saylı məktəbi, Xocahəsəndə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialının ətrafı, Abşeron rayonu, Məmmədli qəsəbəsinin ərazilərində isə gecə saatlarından bəri işıq yoxdur.

Sakinlər qeyd ediblər ki, aidiyyəti quruma müraciət etsələr də, problem həll edilməyib.

Qeyd edək ki, məsələ ilə bağlı "Azərişıq" ASC-yə sorğu ünvanlasaq da, sorğumuz cavabsız qalıb.


SON XƏBƏRLƏR

18 Aprel 2025