• Bakı 11° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Qrafikdən qismən kənara çıxma halları ola bilər - ADY

GÜNDƏM

16 Aprel 2025 | 18:52

Qrafikdən qismən kənara çıxma halları ola bilər - ADY

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sərnişin qatarlarının hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur.

Bakıvaxtı.az QSC-yə istinadən xəbər verir ki, bununla belə, qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, qrafikdən qismən kənara çıxma halları müşahidə oluna bilər.

Həmçinin axşam saatlarında Bakı-Xırdalan-Sumqayıt istiqamətində saat 20:20-a, Bakı-Pırşağı-Sumqayıt istiqamətində isə saat 23:00-a qədər bütün reyslər qrafik üzrə həyata keçiriləcək.

"Bir daha hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edir, sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmağı xahiş edirik", - deyə ADY bəyan edib.


SON XƏBƏRLƏR

18 Aprel 2025