• Bakı 11° C

    12.2 m/s

  • USD - 1.7

    EUR - 1.9284

    RUB - 2.0347

Azərbaycan Yüksək Liqasında XVIII turun oyunları keçiriləcək

İDMAN

08 Aprel 2025 | 09:57

Azərbaycan Yüksək Liqasında XVIII turun oyunları keçiriləcək

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün XVIII turun oyunları keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, saat 14:00-da MOİK - “Neftçi”, 16:00-da “Azərreyl” - “Xilasedici”, 18:00-da isə “Murov Az Terminal” - “Gənclər” matçları baş tutacaq.

“Azərreyl” və “Murov Az Terminal” 41 xalla müvafiq olaraq birinci və ikinci pillədə yer alıblar. “Xilasedici” üçüncü (39 xal), “Neftçi” dördüncü (23 xal), MOİK beşinci (8 xal), “Gənclər” (1 xal) isə sonuncu - altıncı yerdədir.

Qeyd edək ki, hər üç oyun Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək.


SON XƏBƏRLƏR

16 Aprel 2025