• Bakı 25° C

    1.24 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Daha 5 güləşçimiz mübarizəyə qoşulur

İDMAN

08 Aprel 2025 | 13:05

Daha 5 güləşçimiz mübarizəyə qoşulur

Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında Azərbaycanın daha 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq.

Bakıvaxtı.az xəbər verir ki, yarışın ikinci günündə Nurəddin Novruzov (61 kq), Ağanəzər Novruzov (71 kq), Arseniy Cioyev (86 kq), Osman Nurmaqomedov (92 kq) və Georgi Meşvildeşvili (125 kq) ilk görüşlərini keçirəcək.

Bu gün həmçinin Orxan Abasov (79 kq) təsəlliverici görüşə çıxacaqsa, İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq) və Kənan Heybətov (70 kq) bürünc medal uğrunda yarışacaq.

Avropa çempionatı aprelin 13-dək davam edəcək. Görüşlər hər gün, Bakı vaxtı ilə saat 12:30-da start götürəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Sentyabr 2026