• Bakı C

    11.98 m/s

  • USD - 1.7

    EUR - 1.7647

    RUB - 1.7571

"Real"dan Vinisiusa TƏKLİF

İDMAN

08 Fevral 2025 | 01:00

Realdan Vinisiusa TƏKLİF

"Real"ın nümayəndələri futbolçu Vinisius Juniyorun agentləri ilə görüş keçirib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Relevo" nəşri məlumat yayıb. 

Görüş braziliyalı vingerə edilən yeni müqavilə təklifi ilə bağlı olub. Madrid təmsilçisi 24 yaşlı oyunçuya verə biləcək maaşı bildirib. Lakin futbolçunun agentləri bununla razı olmayıblar və onun daha çoxuna layiq olduğunu çatdırıblar. 

Qeyd olunur ki, "Real" danışıqlar asan olmayacağını bilir. Buna səbəb Vinisiusa Səudiyyə Ərəbistan klublarından gələn daha böyük təkliflərdir. Lakin Kral klubu futbolçunun maaşını həddən artıq şişirtmək niyyətində deyil. 

Vinisiusun "Real"la müqaviləsi 2027-ci ilin yayına qədərdir. /qol.az


SON XƏBƏRLƏR