• Bakı C

    11.98 m/s

  • USD - 1.7

    EUR - 1.7647

    RUB - 1.7571

"Bayern Münhen" bu futbolçu ilə bağlı qərarını verdi

İDMAN

08 Fevral 2025 | 00:15

Bayern Münhen bu futbolçu ilə bağlı qərarını verdi

Fransalı müdafiəçi Dayot Upamekano “Bayern Münhen”dəki taleyinə böyük ölçüdə aydınlıq gəlib.  

Bakıvaxtı.az xəbər verir ki, Almaniya nəhəngi 26 yaşlı futbolçusu ilə yeni müqavilə bağlayacaq.

Bu barədə "iMiaSanMia" məlumat yayıb. Mənbənin məlumatına görə, klub futbolçunun nümayəndəsi ilə danışıqlara başlayıb. 

Müdafiəçinin hazırki müqaviləsinin müddəti 2026-cı il iyunun sonunda başa çatır. 

"Transfermarkt" müdafiəçinin transfer dəyərini 50 milyon avro olaraq qiymətləndirir. 

Upamekano cari Almaniya çempionatında 17 oyun keçirib. O, bu görüşlərdə 2 qol vurub və 5 sarı vərəqə ilə yadda qalıb.


SON XƏBƏRLƏR