Volodimir Zelenski ikinci dəfə prezidentliyə namizəd olmaq qərarına gəlib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukraynanın “Teleqraf” nəşri Zelenskiyə yaxın mənbələrə istinadən məlumat yayıb.
Hələlik bu məlumat rəsmi olaraq təsdiq və ya təkzib olunmayıb: "İkinci müddətlə bağlı qərar qəbul edilib, 52% etimad səviyyəsi ilə Zelenskinin hələ də prezident seçkilərində qalib gəlmək şansı var".
Hazırda Zelenskinin əsas rəqibi olan Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnının namizədliyini irəli sürüb-sürməməsi sual altındadır. Nəşrin yazdığına görə, Zalujnı hələ siyasi gələcəyi ilə bağlı yekun qərar verməyib.