• Bakı 14° C

    2.37 m/s

Simonyanın əri komaya düşüb

DÜNYA

09 Yanvar 2025 | 10:14

Simonyanın əri komaya düşüb

“Russia Today” telekanalının baş redaktoru, erməniəsilli jurnalist Marqarita Simonyanın həyat yoldaşı Tiqran Keosyan komaya düşüb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı M.Simonyan öz teleqram kanalında açıqlayıb. 

Onun sözlərinə görə, rejissor və jurnalist olan Keosyan kliniki ölüm keçirib. Simonyan qeyd edib ki, əri uzun müddətdir ürək xəstəliyindən əziyyət çəkir. 

Rusiyanın “Baza” teleqram kanalı Keosyanın ötən ilin dekabrın sonunda xəstəxanaya yerləşdirildiyini yazıb. 

Qeyd edək ki, Keosyan və Simonyan 2022-ci ildən ailəlidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026