ABŞ administrasiyası Türkiyənin Suriyada kürd silahlı qüvvələrinə qarşı genişmiqyaslı hərbi əməliyyat keçirməsini istəmir və bu ssenarinin qarşısını almağa çalışır.
Bakıvaxtı.az Bakupost.az-a istinadən istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken Parisdə Fransanın xarici işlər naziri Jan-Noel Barro ilə birgə mətbuat konfransında deyib.
O, ABŞ-ın PKK ilə bağlı narahatlığını həll etmək üçün Türkiyə ilə çox sıx əməkdaşlıq etdiyinə işarə edib.
"Bu, müəyyən vaxt aparacaq bir prosesdir. Bu arada Suriyada müsbət hadisələr baş verir və münaqişə buna mane ola biləri. Bunun baş verməməsi üçün çox çalışdıq. Və biz bunu davam etdirəcəyik. Mən əminəm ki, yeni administrasiya da bunu edəcək.
Buna görə də biz müttəfiqlərimizlə, əlbəttə ki, PKK və terrorla bağlı çox əsaslı narahatlıqları olan Türkiyədəki tərəfdaşlarımızla çox sıx işləyirik”, - Blinken əlavə edib.