Alman hava yolu şirkəti "Lufthansa Group"un bu il təxminən 10 min nəfəri işə götürməyi planlaşdırdığı bildirilir.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, açıqlamada bu il 1300 texnik, 2000 stüardessa və 800 pilotun işə götürüləcəyi, işə qəbul prosesinin Almaniyada baş tutacağı bildirilib.
Qeyd edək ki, ötən il "Lufthansa Group" 350 min müraciətdən 13 min nəfəri işə götürüb. Qrupun 90 ölkədə 100 mindən çox əməkdaşı var.
Əli Hüseynov