• Bakı C

    3.79 m/s

  • USD - 1.7

    EUR - 1.7524

    RUB - 1.6268

“Filan toyda niyə yox idin, o yasda hardaydın?” - Zəlimxan Yaqubun övladlarından maraqlı tələbləri

CƏMİYYƏT

09 Yanvar 2025 | 09:19

“Filan toyda niyə yox idin, o yasda hardaydın?” - Zəlimxan Yaqubun övladlarından maraqlı tələbləri

“Atam seçimimizə qarışırdı, amma çox yox, hər şeydə yox. Axı dostluğumuz var idi.

Bakıvaxtı.az xəbər verir ki, bunu “Günün səsi”nə müsahibəsində Xalq şairi Zəlimxan Yaqubun oğlu, prokuror Bəhlul Yaqubov deyib.

Onun sözlərinə görə, atası onları çərçivəyə salmazdı:

“Maraqlı tələbləri var idi. Deyirdi, məsələn, filan toyda niyə yox idin? O yasda harada idin? Tapşırırdı ki, həmişə xeyirdə-şərdə boyunuzu göstərin, camaatın içində olun”.

B.Yaqubov şairin onları danladığını da deyib:

Yaşın müəyyən dövrü var da. Məktəbi bitirəndə də deyirdim, yekə kişiyəm, deyir, evə tez gəl. Təbii məsələ idi”.

Hətta o, bir dəfə ata şilləsi “yediyini” də etiraf edib:

“Ata şilləsi vurub bir dəfə. Evə gec gəldiyim üçün”.

 


SON XƏBƏRLƏR