"Afrika ölkələri ilə həmrəyliyin gücləndirilməsi Pekindəki diplomatlar üçün təməl daşına və strateji prioritetə çevrilib".
Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, bunu Çinin xarici işlər naziri Vanq Yi deyib.
Onun sözlərinə görə, Pekinin Afrika ölkələri ilə əlaqələri inkişaf etdirmək və əməkdaşlığı təşviq etmək öhdəliyi beynəlxalq vəziyyətin dəyişməsindən asılı olmayaraq, güclənir:
"Afrika ölkələri ilə həmrəyliyin və əməkdaşlığın gücləndirilməsi ölkəmizin uzunmüddətli, qəti strateji seçimidir. Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasından ötən 60 il ərzində biz həmişə bir-birimizi başa düşmüşük və dəstəkləmişik. İkitərəfli əməkdaşlıq Çin və Konqo xalqlarına nəzərəçarpacaq faydalar gətirib. Çin yeni dövrdə inklüziv Çin-Afrika icması qurmaq kimi iddialı məqsədə nail olmaq üçün Afrika ölkələri ilə işləməyə hazırdır".
Gülşən Şərif