Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində müalicə alan Həşimov Qasım Murtuz oğlunun yanvarın 8-də saat 12:55-də ölüm faktı qeydə alınıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
"Pasiyentin ölümünün ilkin səbəbi kimi poliorqan çatışmazlığı qeyd olunur. Göstərilən bütün zəruri tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb", məlumatda detyilir.
Qeyd edək ki, Q.Həşimov ötən il dekabrın 3-də bədən səthinin 55%-ni əhatə edən II və III dərəcəli yanıq xəsarətləri ilə ağır vəziyyətdə Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsinə daxil olub.
***
14:36
Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun atası Qasım Həşimov vəfat edib.
Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
O, xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, 1949-cu il təvəllüdlü Qasım Həşimov Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verməsi nəticəsində xəsarət almışdı. Hadisə zamanı V.Həşimovun anası, 1959-cu il təvəllüdlü Aida Həşimova da xəsarət alıb.