• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

187 repatriantla sosial reabilitasiya işi aparılıb

CƏMİYYƏT

19 Iyul 2024 | 17:08

187 repatriantla sosial reabilitasiya işi aparılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən 2024-cü ilin 1-ci yarısında 187 repatriantla sosial reabilitasiya işi aparılıb.

Bu barədə Bakıvaxtı.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, repatriasiya olunmuş hər bir şəxsin ilk növbədə sosial-psixoloji qiymətləndirilməsi aparılıb.

Qiymətləndirmənin nəticəsinə uyğun reabilitasiya planı hazırlanaraq, onun əsasında sosial işçi və psixoloqlar tərəfindən sosial reabilitasiya prosesi həyata keçirilib.

Qeyd edilib ki, ümumilikdə, Agentlik tərəfindən ölkəmizə repatriasiya olunmuş 528 şəxs sosial reabilitasiya və reinteqrasiya xidmətləri ilə təmin edilib.


187 repatriantla sosial reabilitasiya işi aparılıb187 repatriantla sosial reabilitasiya işi aparılıb
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026