q
  • Bakı 17° C

    3.4 m/s

  • USD - 1.7

    EUR - 1.995

    RUB - 2.2836

Azərbaycanda qadın müəllimə şiddət göstərildi - Polis araşdırma aparır

CƏMİYYƏT

18 Avqust 2024 | 09:38

Azərbaycanda qadın müəllimə şiddət göstərildi - Polis araşdırma aparır

"Ali təhsilli müəllim təəssüf ki, şiddətli zorakılığa məruz qalıb".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova məlumat verib.

Onun sözlərinə görə, hazırda sığınacaqda olan xanıma psixoloji yardım göstərilir:

"Vəkilimiz onun hüquqlarını qoruyacaq. Bütün bədəni bu vəziyyətdə olan xanımın ərinə qarşı tezliklə ciddi tədbirlərin görüləcəyinə inanırıq".

Daxili İşlər Nazirliyi də hadisəyə münasibət bildirib. Bildirilib ki, qeyd olunan məsələ nəzarətə götürülüb.

"Araşdırma aparılır. Nəticəsi barədə əlavə məlumat veriləcək", - açıqlamada deyilir.


SON XƏBƏRLƏR

09 May 2026
08 May 2026