• Bakı 19° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8905

    RUB - 0.0186

Bakı metrosunda qatarların hərəkəti 4 dəqiqə ləngiyib

CƏMİYYƏT

17 Sentyabr 2024 | 09:35

Bakı metrosunda qatarların hərəkəti 4 dəqiqə ləngiyib

Bu gün "Bakı Metropoliteni" QSC-nin "Xalqlar dostluğu" və "Neftçilər" stansiyaları arasında hərəkət edən qatarın maşinisti qapılara müdaxilə ilə bağlı idarəetmə pultunda müvafiq siqnalların işarəsini hiss edib.

Bunu Bakıvaxtı.az-a açıqlamasında səhmdar cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, "Neftçilər" stansiyasında qapıya baxış keçirib. Qapının bağlanmaması ilə bağlı hər hansı səbəb müəyyən edilmədiyindən maşinist sərnişinləri düşürüb. "Koroğlu" stansiyasına qədər qatarın qapılar yenidən yoxlanılıb, hansısa problem olmadığından həmin stansiyada sərnişinlər yenidən götürülüb. Nəticədə intervaldan əlavə "Neftçilər" ilə "Ulduz" stansiyaları arasında 4 dəqiqə yubanma yaranıb. Əlavə ehtiyat tədbirləri görülüb.


SON XƏBƏRLƏR

18 Sentyabr 2024