• Bakı 18° C

    5.75 m/s

  • USD - 1.7

    EUR - 1.851

    RUB - 0.0175

Çox sayda insanın zəhərlənməsinə səbəb olan dönərxananın GÖRÜNTÜLƏRİ - VİDEO

CƏMİYYƏT

17 Oktyabr 2024 | 00:17

Çox sayda insanın zəhərlənməsinə səbəb olan dönərxananın GÖRÜNTÜLƏRİ - VİDEO

Tovuz rayonunda kütləvi zəhərlənmə hadisəsinin təfərrüatı məlum olub.

Bakıvaxtı.az bildirir ki, Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə 21 nəfər dönərdən zəhərlənmə şübhəsi ilə müraciət edib.

Müraciət edənlər arasında 2 və 3 yaşlı uşaqlar da var. Zəhərlənənlərin sözlərinə görə, hadisə Qovlar şəhəri, Vağzal küçəsində yerləşən "Köz dönər" adlı iaşə obyektində baş verib:

"Axşam saat 8 radələrində toyuq dönəri yedik. Bir neçə saat sonra vəziyyətimiz ağırlaşdı, ürəkbulanma başladı və təcili tibbi yardıma müraciət etdik".

Məlumata görə, aidiyyəti qurumlar tərəfindən həmin obyektin fəaliyyəti dayandırılıb.

Bakıvaxtı.az xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:


SON XƏBƏRLƏR

16 Oktyabr 2024