• Bakı 17° C

    0.32 m/s

  • USD - 1.7

    EUR - 1.851

    RUB - 0.0175

Bir nəfərin vəhşicəsinə döyüldüyü dava hansı zavodda baş verib?

HADİSƏ

16 Oktyabr 2024 | 17:28

Bir nəfərin vəhşicəsinə döyüldüyü dava hansı zavodda baş verib?

Qobustanda, “El Metal Plus” QSC-də işçilər arasında dava baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bir neçə şəxs 2001–ci il təvəllüdlü Nurlan Şahpələngovu vəhşicəsinə döyüblər.

O, beynin ağır dərəcəli travması və dalağın partlaması diaqnozu 1 sayli Kliniki Tibbi Mərkəzə çatdırılıb və dərhal əməliyyata alınıb.

Zərərçəkənin vəziyyəti ağırdır.

Qeyd etmək istərdik ki, qısa araşdırma nəticəsində, hadisənin Bakı Dərin Özüllər Zavodunun ərazisində baş verməsi ilə bağlı ilkin alınmış məlumatın yanlış olması aşkarlanıb. Zavodun operatoru "BOS Şelf" MMC-nin ictimaiyyətlə əlaqələr departamentindən aldığımız məlumata görə “zavodun ərazisində nə belə hadisə baş verib, nə də bu adda işçi çalışır".

Məsələ ilə bağlı DİN-in mətbuat xidmətindən Bakupost.az -a bildirilib ki, hadisəni törədən şəxs saxlanılıb, cinayət işi açılıb:

“Oktyabrın 15-də saat 12 radələrində paytaxtın Qaradağ rayonu Qobustan qəsəbəsi ərazisində yerləşən zavodda işçilərdən birinin xəsarət alması barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, araşdırmalarla 2004-cü il təvəllüdlü Yaşar Qumbatovun münaqişə zəminində iş yoldaşı 2001-ci il təvəllüdlü Nurlan Şahpələngovun başına dəmir parçası ilə xəsarət yetirməsi müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Y.Qumbatov saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb.

Hazırda Qaradağ Rayon Polis İdarəsində istintaq araşdırması aparılır”.


SON XƏBƏRLƏR