• Bakı C

    14.7 m/s

  • USD - 1.7

    EUR - 1.9284

    RUB - 2.0347

Pomidor turşusundan zəhərlənib öldü - VİDEO

HADİSƏ

15 Noyabr 2024 | 10:10

Pomidor turşusundan zəhərlənib öldü - VİDEO

Sumqayıtda pomidor turşusundan zəhərlənən qadın ölüb.

Bakıvaxtı.az “Baku TV”yə istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhər, Ceyranbatan bağları ərazisində qeydə alınıb.

1971-ci il təvəllüdlü Elnarə Qəfərova yaşadığı mənzildə pomidor turşusundan zəhərləndiyi üçün noyabrın 12-si Bakı şəhər Toksikologiya Xəstəxanasına müraciət edib. Aparılan müalicə və müayinələrə baxmayaraq, o, dünən müalicə aldığı xəstəxanada vəfat edib.

Kliniki Tibbi Mərkəzdən bildirilib ki, noyabrın 12-də turşudan zəhərlənən qadın ağır vəziyyətdə mərkəzə hospitalizasiya edilib. Bütün reanimasyon tədbirlərə baxmayaraq, noyabrın 14-ü ölüm faktı qeydə alınıb.

Ətraflı sujetdə:


SON XƏBƏRLƏR