• Bakı 18° C

    0.32 m/s

  • USD - 1.7

    EUR - 1.851

    RUB - 0.0175

Polisə bıçaqla hücum edən sabiq basketbolçu GÜLLƏLƏNDİ

DÜNYA

16 Oktyabr 2024 | 15:25

Polisə bıçaqla hücum edən sabiq basketbolçu GÜLLƏLƏNDİ

ABŞ-nin Corc Taun Universitetinin keçmiş basketbolçusu Sidni Uilson yaşadığı binada polis məmuruna bıçaqla hücum edərkən güllələnib.

Bakıvaxtı.az "Record"a istinadən xəbər verir ki, bu, qonşuların əqli problemləri ilə bağlı şikayəti əsasında polisin onun evinə gəlməsindən sonra baş verib.

Basketbolçu ilə danışmağa çalışan təhlükəsizlik əməkdaşı ona bıçaqla hücum edən, 1,96 sm boya malik sabiq idmançını güllələmək məcburiyyətində qalıb.

Hadisədən sonra S.Uilsona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, sosial şəbəkələrdə hadisənin görüntüləri də yayılıb.


SON XƏBƏRLƏR