"Lada Iskra" ailəsinin avtomobillərinin seriyalı istehsalına 2025-ci ilin yazında başlamağı planlaşdırır.
Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bu barədə "AvtoVAZ" direktorlar şurası məlumat yayıb.
Qeyd olunub ki, yeni avtomobil Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda təqdim olunub. Yeni avtomobilin qiymətləri 1 milyon rubldan başlayacaq.
"Lada" "Iskra Cross"un sedan və universal versiyasında istehsal olunacaq. Avtomobil 90 və 106 at gücü hasil edən 1,6 litrlik mühərriklərlə təchiz ediləcək.
Gülşən Şərif