• Bakı 12° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.2291

Polşada İkinci Dünya Müharibəsinə aid bomba tapıldı: 3000-ə yaxın insan...

DÜNYA

15 Noyabr 2024 | 14:25

Polşada İkinci Dünya Müharibəsinə aid bomba tapıldı: 3000-ə yaxın insan...

Polşanın şərqində yerləşən Lyublin şəhərində İkinci Dünya Müharibəsindən qalma təyyarə bombası aşkar edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Polsat" telekanalı məlumat yayıb.

Məlumata görə, bomba ərazidə aparılan tikinti işləri zamanı tapılıb.

Yaxınlıqdakı 6 küçənin sakinlərinin yəni, 3000-ə yaxın insanın müvəqqəti olaraq təxliyə edildiyi bildirilib.

Bomba texniklərinin bir gün ərzində bombanı zərərsizləşdirəcəyi gözlənilir.

Mina Mikayılova


SON XƏBƏRLƏR