ABŞ-ın Sakit okean sahillərində 5,2 bal gücündə zəlzələ baş verib.
Bakıvaxtı.az xəbər verir ki, yeraltı təkanlar Şimali Kaliforniyanın Fortuna şəhərindən 63 km cənub-qərbdə, yerli vaxtla saat 23:22-də (Bakı vaxtı ilə 11:22) qeydə alınıb.
Zəlzələnin ocağı 6 km dərinlikdə yerləşib.
Hadisə nəticəsində tələfat və ya dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi də elan olunmayıb.