• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Estoniya Kobaxidzeyə sanksiya tətbiq etdi

DÜNYA

15 Dekabr 2024 | 15:17 | Müəllif: Subhan Mahmudov

Estoniya Kobaxidzeyə sanksiya tətbiq etdi

Estoniya daha 14 Gürcüstan rəsmisinə, o cümlədən bu ölkənin Baş naziri İrakli Kobaxidzeyə sanksiya tətbiq edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsaxna “X” platformasındakı paylaşımında bildirib.

    “Gürcüstan hakimiyyətinin etirazçılara, jurnalistlərə və müxalifət liderlərinə qarşı törətdikləri zorakılıq cinayətdir və insan hüquqları əleyhinədir, bütün Aİ ölkələrini bunlara reaksiya verməyə və tədbir görməyə çağırıram” - deyə o, paylaşımında qeyd edib.

    Qeyd edək ki, Estoniya bundan əvvəl “Gürcü Arzusu”nun yaradıcısı Bidzina İvanişviliyə sanksiya tətbiq edib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    23 Noyabr 2026