• Bakı C

    10.71 m/s

  • USD - 1.7

    EUR - 1.7426

    RUB - 1.6534

XİN: Rusiya və İran arasındakı müqavilə digər ölkələrə qarşı yönəlməyib

DÜNYA

14 Yanvar 2025 | 14:35

XİN: Rusiya və İran arasındakı müqavilə digər ölkələrə qarşı yönəlməyib

Rusiya və İran prezidentlərinin imzalamağı planlaşdırdığı hərtərəfli strateji tərəfdaşlıq müqaviləsi digər ölkələrə qarşı yönəlməyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün Moskvada keçirdiyi mətbuat konfransında bildirib.

"Bu sualı adətən qərbli həmkarlarımız verir, çünki onlar həmişə hər hansı məsələdə Rusiyanın, İranın, Çinin və ya KXDR-in kiməsə qarşı nəsə hazırladığını göstərmək üçün mövzu tapmaq istəyirlər. Lakin bu sənəd, KXDR ilə müqavilə kimi hər hansı bir ölkəyə qarşı yönəlməyib və konstruktiv xarakter daşıyır", - deyə Lavrov bildirib.

Onun sözlərinə görə, məqsəd Rusiya və İranın iqtisadiyyatın inkişafı, sosial məsələlərin həlli və etibarlı müdafiə qabiliyyətinin təmin edilməsi sahəsindəki imkanlarını gücləndirməkdir.


SON XƏBƏRLƏR

14 Yanvar 2025