• Bakı C

    10.63 m/s

  • USD - 1.7

    EUR - 1.7789

    RUB - 1.619

Nazir işdən çıxarılan rəisə yeni VƏZİFƏ VERDİ

CƏMİYYƏT

14 Dekabr 2024 | 20:38

Nazir işdən çıxarılan rəisə yeni VƏZİFƏ VERDİ

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin işdən çıxarılan rəisi, general-mayor Aqşin Kazımova yeni vəzifə verilib.

Bakıvaxtı.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Əmrə əsasən, general-mayor A.Kazımov Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini təyin edilib.

Qeyd edək ki, 59 yaşlı A.Kazımov FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi vəzifəsinə ötən ilin yayında təyin edilmişdi. Keçən ilin dekabrında isə ona general-mayor rütbəsi verilmişdi.


SON XƏBƏRLƏR

14 Dekabr 2024