• Bakı 8° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Suriyada yeni hakimiyyətin lideri: Prezidentliyə namizəd olmağa hazıram

DÜNYA

14 Dekabr 2024 | 22:33 | Müəllif: Subhan Mahmudov

Suriyada yeni hakimiyyətin lideri: Prezidentliyə namizəd olmağa hazıram

Suriyadakı yeni hakimiyyətin lideri Əhməd əl-Şaraa ölkə prezidentliyinə namizədliyini irəli sürməyə hazır olduğunu bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Al Arabiyya" telekanalı məlumat yayıb.

Bildirilib ki, vətəndaşlar və ya onun ətrafındakılar xahiş edərsə, Əhməd əl-Şaraa prezidentliyə namizədliyini irəli sürə bilər.

Xatırladaq ki, noyabrın 27-də müxalifət silahlı birləşmələrinin üzvləri Hələb və İdlib əyalətlərində hökumət qüvvələrinin mövqelərinə genişmiqyaslı hücuma keçib. Dekabrın 7-də axşam saatlarında üsyançılar bir neçə böyük şəhəri - Hələb, Həma, Deyr əz-Zor, Dəra və Homsu ələ keçirdilər. Bazar günü səhər onlar Dəməşqə daxil olublar, bundan sonra Suriya ordusunun bölmələri şəhəri tərk ediblər.

Suriya prezidenti Bəşər Əsəd həmin gün ölkəni tərk edib. Bir müddət ki, onun təyyarəsini açıq mənbələr vasitəsilə izləmək mümkün olmayıb. Lakin sonra Rusiyanın TASS agentliyi Kremldəki mənbəyə istinadən onun ailə üzvləri ilə birlikdə Moskvaya gəldiyini, Rusiyanın onlara sığınacaq verdiyini bildirib.

Dekabrın 8-də Suriyanın müvəqqəti hökumətinin başçısı Əbdürrəhman Mustafa “TRT Haber” telekanalında keçid hakimiyyətinin formalaşdığını elan edib./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026