• Bakı 10° C

    4.45 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Türkiyə Trampdan əsas gözləntisini AÇIQLADI

DÜNYA

13 Yanvar 2025 | 19:22 | Müəllif: Subhan Mahmudov

Türkiyə Trampdan əsas gözləntisini AÇIQLADI

Türkiyə ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampdan əsas gözləntisini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömer Çelik jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Ankaranın əsas gözləntisi Qəzzadakı müharibəyə son qoyulmasıdır: "Əlbəttə, biz həm də Rusiya-Ukrayna müharibəsinin bitməsini gözləyirik".

Ö.Çelik, həmçinin söyləyib ki, Türkiyə üçün ABŞ-dəki seçkilərdə Respublikaçıların, yaxud Demokratların qalib gəlməsinin elə də fərqi yox idi: "Biz hələ nəticələr açıqlanmazdan əvvəl onların hər ikisi ilə işləməyə hazır olduğumuzu bildirmişdik".

Qeyd edək ki, yanvarın 20-də Donald Trampın andişmə mərasimi keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026