• Bakı C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.7604

    RUB - 1.7617

Misir prezidenti Trampın Qəzza planını müzakirə etməkdən imtina edib

DÜNYA

12 Fevral 2025 | 19:00

Misir prezidenti Trampın Qəzza planını müzakirə etməkdən imtina edib

Misir prezidenti Əbdülfəttah əs-Sisi ABŞ prezidenti Donald Trampın Qəzza zolağından fələstinlilərin köçürülməsi planının gündəliyə daxil ediləcəyi təqdirdə danışıqlarda iştirak etmək üçün ABŞ-yə getməyəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.

“ABŞ prezidenti Donald Trampın fələstinlilərin Qəzza zolağından çıxarılması ilə bağlı planı müzakirə olunacaq məsələlər siyahısına daxil ediləcəyi halda Misir prezidenti Əbdülfəttah əs-Sisi Ağ Evdə danışıqlarda iştirak etmək üçün Vaşinqtona getməyəcək”, - məlumatda qeyd olunub.

“Al Qahera News” daha əvvəl bildirmişdi ki, Misir hakimiyyəti İsrail və ABŞ rəsmilərinin Qəzza sakinlərinin köçürülməsi ilə bağlı bəyanatlarından narazıdır.


SON XƏBƏRLƏR