Rusiyanın Sankt-Peterburq şəhərinin Pulkovo hava limanında bəzi sərnişinlər bir sutkadan çoxdur ki, öz reysləri ilə uça bilmir.
Bakıvaxtı.az Bakupost.az-a istinadən xəbər verir ki, "Aeroflot" aviaşirkətinin Volqoqrad, Mineralnıye Vodı, Murmansk və Kalininqrada olan bir neçə reysi artıq 27 saata yaxındır ki, yerinə yetirilmir. Eyni zamanda insanların steril zonadan çıxmasına da icazə verilmir.
İnsanlar gecikmənin səbəbini boş ekipajın olmaması ilə əlaqələndirirlər.
Onların sözlərinə görə, sərnişinlərin baqajı da verilmir, çünki boşaldılan baqajı götürə biləcək məsul işçi yoxdur. İnsanların baqajla birlikdə ev heyvanlarını da təhvil verməsi vəziyyəti daha da ağırlaşdırır.
Sərnişinlərin sözlərinə görə, onlara yemək və su 14 saatdan sonra verilib.
Məlumata görə, reyslər ləğv olunmur, təxirə salınır, buna görə də insanlar yeni bilet alaraq hava limanını tərk edə bilmirlər.