• Bakı 22° C

    4.04 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Suriyanın yeni liderindən ÇAĞIRIŞ

DÜNYA

13 Yanvar 2025 | 20:40 | Müəllif: Subhan Mahmudov

Suriyanın yeni liderindən ÇAĞIRIŞ

Suriyanın yeni lideri Əhməd Əş-Şaraa ilk dəfə beynəlxalq toplantıya qatılıb.

Bakıvaxtı.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Haber Global"ın dərc etdiyi videosüjetdə bəhs edilir.

"Haber Global"ın əməkdaşları bununla bağlı müzakirələr zamanı toplantının Suriya üçün əhəmiyyətindən və gətirə biləcəyi nəticələrdən danışıblar.

Bildirilib ki, bu toplantı və xüsusilə də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutması Suriyanın yeni hökuməti üçün olduqca böyük əhəmiyyət kəsb edir. Belə ki, Suriyadakı yeni dövrdə ərəb ölkələrindən gələn dəstək də zəruridir.

"Bu prosesin ərəb coğrafiyası daxilində həmrəylik olmadan tamamlanması mümkün deyil, ona görə də bu istiqamətdə də addım atılması labüd idi. Təbii ki, təkcə ərəb ölkələrinin deyil, Türkiyə, Avropa İttifaqı ölkələri və ümumilikdə 17 ölkənin iştirak etdiyi toplantı Suriya üçün dönüş nöqtəsi xarakteri daşıyırdı", - deyə materialda bildirilib.

Qeyd edək ki, toplantıda həmçinin Türkiyənin xarici işlər naziri Hakan Fidan da iştirak edib və Suriyada həyata keçirilən infrastruktur işlərində Türkiyənin əsas rol oynayacağını nəzərə çatdırıb. Həmçinin sanksiyaların yüngülləşdirilməsi və ləğvi ilə bağlı digər ölkələrə qarşı həyata keçiriləcək səylərdə də Türkiyənin üzərinə düşəni etməyə hazır olduğunu ifadə edib.

Əhməd Əş-Şaraa "YouTube"da bir platformaya verdiyi reportajda ölkədən kənardakı suriyalı qaçqınların tezliklə ölkələrinə qayıtmasından danışıb və Ər-Riyaddakı toplantıda bu məsələ də müzakirə mövzusu olub.

"İki il ərzində 14 milyon suriyalının evlərinə qayıdacağından əminəm, çünki bizdə artıq sosial sülh hökm sürür", - deyə Əş-Şaraa bildirib.

O, həmçinin sülh içində yaşayan bir cəmiyyət, ədalətli fəaliyyət göstərən qurumlar yaratmaq istədiklərini də vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Sentyabr 2026