Rusiyanın müdafiə xərclərində artım Avropanın analoji xərclərini ötüb.
Bakıvaxtı.az "Politico"ya istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun hesabatında bildirilir.
Məlumata görə, Avropa ölkələrinin müdafiə büdcələrini artırmasına baxmayaraq, Rusiyanın müdafiə xərcləri Avropanı üstələyib.
Mərkəz qeyd edib ki, ötən il Rusiyanın hərbi xərcləri 462 milyard dollar (13,1 trilyon rubl) təşkil edib. Bu isə 2023-cü illə müqayisədə 42 faiz çoxdur.
Avropanın 2024-cü il üçün ümumi müdafiə xərcləri isə 457 milyard dollar təşkil edib, bu isə 2023-cü ildən 11,7 faiz çoxdur./report