• Bakı 11° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.985

    RUB - 2.1687

Dövlət qurumlarında işləyən şəxslərin maaşı ilə bağlı yeni QƏRAR

CƏMİYYƏT

09 Aprel 2026 | 09:13

Dövlət qurumlarında işləyən şəxslərin maaşı ilə bağlı yeni QƏRAR

Dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitləri, habelə fəaliyyətindən əldə olunan gəlirləri hesabına verilən vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin yuxarı hədləri müəyyənləşdiriləcək.

Bakıvaxtı.az-ın Trend-ə istinadən məlumatına görə, bununla bağlı Maliyyə Nazirliyinə müvafiq tapşırıqlar verilib.

Belə ki, Maliyyə Nazirliyi icra prosesində müəyyən ediləcək aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitləri, habelə fəaliyyətindən əldə olunan gəlirləri hesabına verilən vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin yuxarı hədləri ilə bağlı təkliflərini 5 ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.


SON XƏBƏRLƏR

08 Aprel 2026