• Bakı C

    3.45 m/s

  • USD - 1.7

    EUR - 1.985

    RUB - 2.1687

Çelsinin polkovnik "sevgili"si işinə qayıtdı

CƏMİYYƏT

09 Aprel 2026 | 00:21

Çelsinin polkovnik sevgilisi işinə qayıtdı

Fövqəladə Hallar Nazirliyində (FHN) Ərizələrin və şikayətlərin qəbulu şöbəsinin müdiri polkovnik-leytenant Anar Pirməmmədov vəzifəsinə qaytarılıb. 

Bakıvaxtı.az-ın Qaynarinfo-ya istinadən məlumatına görə, model və bloger Çelsi Baxşıyevanın yaydığı videolarla gündəmə gələn Anar Pirməmmədovun sözügedən hadisəyə görə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov tərəfindən vəzifəsindən uzaqlaşdırıldığı deyilirdi. 

Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, artıq hadisə ilə bağlı araşdırma başa çatdığından Anar Pirməmmədov vəzifəsinə bərpa olunub.
 
Qeyd edək ki, Çelsi Baxşıyeva Anar Pirməmmədova qarşı ciddi ittihamlar səsləndirib. O iddia edib ki, aralarında sevgi münasibəti olub. Daha sonra Pirməmmədovun evli və iki övladı olduğunu öyrənib, şəxsi xarakterli video və yazışmaları sosial şəbəkələrdə yayıb. 

Onu da bildirək ki, Anar Pirməmmədov Təhsil Nazirliyinin sabiq Aparat rəhbəri İlham Pirməmmədovun qardaşı oğludur. Sabiq aparat rəhbəri qardaşı oğlu ilə bağlı açıqlama verərək onun çətin vəziyyətdə və ölkədə biabır olduğunu demişdi. 


SON XƏBƏRLƏR

08 Aprel 2026