Bu həftə göy üzü romantika üçün qapılarını geniş açır. Merkür Cazimi (Merkurinin Günəşin qəlbində olması) və həftəsonu Buğa bürcündə yüksələcək Yeni Ay münasibətlərdə həlledici qərarların verilməsinə zəmin yaradacaq. Qorxularınıza rəğmən "bəli" deməyə hazırsınızmı?
Bakıvaxtı.az xəbər verir ki, bu həftə iki mühüm kosmik hadisə yaşanır. Əvvəlcə 14 mayda Günəş və Merkurinin Buğa bürcündəki qovuşması ünsiyyətdə təmiz bir dövr başladır. Sonra isə 16 mayda Mars və Xironun (Chiron) qovuşması münasibətlərdəki köhnə yaraların sağalmasına kömək edəcək.
Əqrəb: Gözlənilməz təkliflərə hazır olun
Əqrəb bürcləri üçün bu həftə "üzləşmə və oyanış" həftəsidir. Günəş və Merkurinin qovuşması partnyorunuzla aranızda çox vacib bir həqiqəti üzə çıxara bilər. Əgər münasibətiniz varsa, gələcək planlarınızın üst-üstə düşüb-düşmədiyini danışmağın tam vaxtıdır. Bu həftə aparacağınız söhbətlər münasibətin təməlini möhkəmləndirəcək. Yalnız olan Əqrəblər üçün isə Merkür Cazimi sürpriz bir mesaj və ya təklif gətirə bilər. Heç tərziniz olmayan birinə şans verməyə və rahatlıq zonanızdan çıxmağa nə deyirsiniz?
Oxatan: Azadlıq qorxusuna qalib gəlirsiniz
Qoç bürcünə keçən Vesta asteroidi Oxatan bürclərinin romantik alovunu yenidən canlandırır. Xüsusilə ciddi münasibətdə olanlar üçün "bağlılıq" qorxuları tarixə qovuşur. "Azadlığımı itirərəmmi?" sualı yerini "Həyatımın eşqinə necə fokuslanaram?" sualına buraxır. Artıq sıradan flörtlər deyil, həqiqi və dərin bir bağlılıq axtarırsınız. Bu həftə eşqinizi təkcə sözlərlə deyil, əməllərinizlə də sübut edəcəksiniz.
Həftəsonu Buğa bürcündə yüksələcək Yeni Ay sevgi və sevinc dolu yeni fürsətlər təqdim edir. Arzuladığınız o böyük eşq mümkündür, lakin onu seçməyə və buna layiq olduğunuza inanmağa hazır olmalısınız./Milli.az
Bakı 




