• Bakı 19° C

    10.1 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

ABŞ-dən Çinlə müharibə ehtimalına CAVAB

DÜNYA

13 Yanvar 2025 | 19:59 | Müəllif: Subhan Mahmudov

ABŞ-dən Çinlə müharibə ehtimalına CAVAB

ABŞ Çinlə müharibə istəmir, bu səbəbdən də ölkələr ikitərəfli münasibətlərdə sabitliyi qoruyub saxlaya biliblər.

Bakıvaxtı.az xəbər verir ki, bunu Bloomberg TV-yə müsahibəsində ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.

“Amerikalıların ən son istədiyi şey nüvə gücü ilə böyük müharibədir. Biz bu rəqabətdə öz mövqeyimizi möhkəmləndirə bildik və eyni zamanda münasibətləri sabitləşdirə bildik, onların konfliktə sürüşməsinin qarşısını aldıq. Bu da şübhəsiz uğur sayıla bilər”, - deyə müşavir bildirib.

Sallivan əlavə edib ki, Co Baydenin prezidentliyi dövründə ABŞ Çinlə rəqabətdə daha da güclənə bilib. Onun sözlərinə görə, bu, Ağ Ev administrasiyasının seçdiyi strategiyanın uğurunun göstəricisi idi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR