• Bakı 19° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Zelenski ABŞ-a yardım təklif etdi: 150 nəfər hazırdır!

DÜNYA

13 Yanvar 2025 | 21:24 | Müəllif: Subhan Mahmudov

Zelenski ABŞ-a yardım təklif etdi: 150 nəfər hazırdır!

Bu gün mən Ukraynanın daxili işlər nazirinə və diplomatlarımıza Kaliforniyadakı meşə yanğınları ilə mübarizədə xilasedicilərimizin mümkün iştirakına hazırlaşmağı tapşırdım. Orada vəziyyət son dərəcə ağırdır və ukraynalılar amerikalıların həyatını xilas etməyə kömək edə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski sosial şəbəkə hesabında bildirib.

“Hazırda bununla bağlı razılaşdırma aparılır və biz müvafiq kanallar vasitəsilə Amerika tərəfinə öz köməyimizi təklif etmişik. 150 yanğınsöndürənimiz artıq hazırdır”, - Zelenski vurğulayıb.

Qeyd edək ki, 7 yanvarda Los-Ancelesdə başlayan meşə yanğınları yaşayış evlərinə keçib, nəticədə minlərlə ev yanıb. Yanğın hələ də nəzarət altına alınmayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Oktyabr 2026