• Bakı C

    2.23 m/s

  • USD - 1.7

    EUR - 1.7604

    RUB - 1.7617

USAİD-i seçkilərə müdaxilə etməkdə günahlandırdı

DÜNYA

12 Fevral 2025 | 20:42

USAİD-i seçkilərə müdaxilə etməkdə günahlandırdı

Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ Beynəlxalq İnkişaf Agentliyini (USAID) ölkədəki siyasi proseslərə kobud müdaxilə etməkdə və inqilabi ssenarilər planlaşdırmaqda ittiham edib.

Bakıvaxtı.az xəbər verir ki, gürcü baş nazir bütün bunların son dərəcə qəbuledilməz olduğunu vurğulayıb. 

"Biz bir daha məmnunluğumuzu bildirməliyik ki, ABŞ-nin yeni administrasiyası 3-4 ildir danışdığımız mövzulardan danışır. Təbii ki, USAİD də Gürcüstanda ölkədə gedən siyasi proseslərə, xüsusən də seçki proseslərinə kobud şəkildə müdaxilə edib", - deyən Kobaxidze USAID-in Gürcüstanda sabitliyi pozan qeyri-hökumət təşkilatlarını maliyyələşdirdiyini bildirib. 

Fevralın 3-də ABŞ prezidenti Donald Trampın administrasiyası faktiki olaraq USAID-in fəaliyyətini dayandırıb. Trampın özü dəfələrlə USAİD-i tənqid edərək bildirib ki, agentlik Amerika vergi ödəyicilərinin pullarını ABŞ-nin maraqlarına xidmət etməyən layihələrə xərcləyir.


SON XƏBƏRLƏR

12 Fevral 2025