• Bakı 11° C

    5.99 m/s

  • USD - 1.7

    EUR - 1.8431

    RUB - 1.9726

Əş-Şəraa: Suriya ilə Rusiya arasında güclü strateji əlaqələr var

DÜNYA

12 Fevral 2025 | 21:05

Əş-Şəraa: Suriya ilə Rusiya arasında güclü strateji əlaqələr var

Suriyanın müvəqqəti Prezidenti Əhməd əş-Şəraa Rusiya lideri Vladimir Putinlə söhbətində iki ölkə arasında güclü strateji münasibətlər olduğunu vurğulayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Əş-Şəraa ofisinin danışıqlardan sonra yaydığı bəyanatda deyilir.

“Telefon danışığı zamanı Prezident Əhməd əş-Şəraa iki ölkə arasında güclü strateji əlaqələrin olduğunu və Suriyanın Suriya xalqının maraqlarına cavab verdiyi və həmçinin təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə töhfə verəcəyi təqdirdə əməkdaşlığa açıq olduğunu vurğulayıb”, - məlumatda bildirilir.

Putin isə öz növbəsində Suriyaya qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılmasının vacibliyini vurğulayıb. Rusiya Prezidenti Suriyanın müvəqqəti hökumətinin xarici işlər nazirini Rusiyaya səfərə dəvət edib./report


SON XƏBƏRLƏR

15 Mart 2025