• Bakı C

    10.63 m/s

  • USD - 1.7

    EUR - 1.7789

    RUB - 1.619

Argentina Prezidenti İtaliya vətəndaşlığı aldı

DÜNYA

14 Dekabr 2024 | 16:03

Argentina Prezidenti İtaliya vətəndaşlığı aldı

İtaliyanın Baş naziri Corciya Meloni Argentina Prezidenti Xavyer Mileyə İtaliya vətəndaşlığı təqdim edib.

Bakıvaxtı.az xəbər verir ki, Xavyer Miley dekabrın 13-də İtaliyaya səfər edib. O, Baş nazir Meloni ilə görüşərək "İtaliya Qardaşları" partiyasının illik qurultayında iştirak edib.

Xavyer Mileyin İtaliya kökləri var. Onun ata tərəfdən nənə və babası İtaliyanın cənubundakı Kalabriya əyalətindən Argentinaya mühacirət ediblər. Buna görə o, İtaliya vətəndaşlığını "jus sanguinis" - "qan hüququ" prinsipi əsasında əldə edib.

Bundan əlavə, Mileyin kiçik bacısı və siyasi məsləhətçisi Karina da İtaliya vətəndaşı olub.

Nəşrin məlumatına görə, Miley ikili vətəndaşlığı olan ilk Argentina Prezidenti deyil. Ondan əvvəl, 2015-2019-cu illərdə prezident olmuş Maurisio Makri də italyan köklərinə görə İtaliya vətəndaşlığına sahib idi.

Argentina Konstitusiyasına əsasən, prezidentlərin ikili vətəndaşlığa malik olmasına hər hansı bir qadağa yoxdur.


SON XƏBƏRLƏR

14 Dekabr 2024