• Bakı C

    2.45 m/s

  • USD - 1.7

    EUR - 1.736

    RUB - 1.668

Ərdoğan 3-cü dəfə namizəd ola biləcək

DÜNYA

13 Yanvar 2025 | 15:05

Ərdoğan 3-cü dəfə namizəd ola biləcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müvafiq Konstitusiya müddəasından istifadə edərək, üçüncü müddətə dövlət başçısı kimi namizəd ola biləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Türkiyə liderinin baş müşaviri Mehmet Ucum bildirib.

“Konstitusiyanın 116/3-cü maddəsinə görə, prezident Ərdoğanın namizədliyini irəli sürmək üçün müstəsna imkan var. Onun namizədliyinin müzakirəsi 2027-ci ilin ikinci yarısında gündəmə gələ bilər", - deyə baş müşavir X-də yazıb.

Mehmet Ucum həmçinin Ərdoğanın mümkün namizədliyinin hökumətin kürd probleminin həlli ilə bağlı hazırkı təşəbbüsləri arasında hər hansı əlaqəni inkar edib.

Türkiyədə bəzilərinin hesab edir ki, kürd probleminin həlli ilə bağlı hazırkı təşəbbüslər prezidentə seçkilər öncəsi üstünlük qazanmağa kömək edə bilər.


SON XƏBƏRLƏR