Brüsseldə Ukraynanın müdafiə naziri Rustem Umerov ilə ABŞ-dan olan həmkarı Pit Heqset arasında görüş olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukraynalı nazir “Facebook” hesabında yazıb.
“ABŞ-nin yeni müdafiə naziri Pit Heqset ilə aramızda ilk görüş baş tutdu” – o qeyd edib.
Bununla belə R. Umerov danışıqların detallarını açıqlamayıb.
Qeyd edək ki, bu gün Brüsseldə Böyük Britaniyanın müdafiə naziri Con Hilinin sədrliyi ilə “Ramştayn” formatında növbəti görüş keçiriləcək.