• Bakı 11° C

    3.97 m/s

  • USD - 1.7

    EUR - 1.8431

    RUB - 1.9726

Vens: “Bayden bizi gözüyumulu nüvə münaqişəsinə doğru aparırdı”

DÜNYA

14 Mart 2025 | 09:20

Vens: “Bayden bizi gözüyumulu nüvə münaqişəsinə doğru aparırdı”

ABŞ Prezidenti Donald Trampın administrasiyası Şərqi Avropada nüvə silahlarının yerləşdirilməsi ideyasını dəstəkləmir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens “Fox News” telekanalına müsahibəsində bildirib.

“Mən bu məsələni prezidentlə müzakirə etməmişəm, lakin əgər o, nüvə silahlarının daha da şərqə – Avropanın şərqinə yerləşdirilməsini dəstəkləsəydi, təəccüblənərdim. Söhbət bəşəriyyətin gələcəyindən gedir”, – Vens deyib.

O, əvvəlki ABŞ administrasiyasının yanaşmasını tənqid edib.

“Keçmiş prezident Cozef Bayden bizi gözüyumulu nüvə münaqişəsinə doğru aparırdı”, – Vens vurğulayıb. “Bizə daha soyuqqanlıların üstünlük təşkil etməsi lazımdır, o cümlədən Rusiya və Ukrayna məsələsində. Bayden administrasiyasının strategiyası ukraynalıları hərfi mənada silahla donatmaq, rusiyalıların və ukraynalıların qan itirməsinə imkan vermək və hansısa şəkildə tənzimləmənin havadan yaranacağına ümid etmək idi”, – o bildirib.

“Donald Tramp ukraynalıların nə istədiyini, rusiyalıların nə istədiyini öyrənmək üçün bütün administrasiyasını cəlb edərək sərt diplomatiya ilə məşğul olur. Müharibə axmaqlıqdır, əgər o prezident olsaydı, heç vaxt başlamazdı və onun davam etməsi heç kimin maraqlarına cavab vermir”, – vitse-prezident əlavə edib.


SON XƏBƏRLƏR