• Bakı 12° C

    4.46 m/s

  • USD - 1.7

    EUR - 1.8431

    RUB - 1.9726

Deputat: Həmin xəstəxana hələ də istifadəyə verilməyib

CƏMİYYƏT

14 Mart 2025 | 12:46

Deputat: Həmin xəstəxana hələ də istifadəyə verilməyib

"Gəncə şəhərinin Şəmkir rayonu istiqamətində girişdə böyük xəstəxana kompleksi tikilib və lazımi tibbi avadanlıqlarla təchiz edilib. Amma, hələ də həmin müəssisə istifadəyə verilməyib".

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib.

Gəncə şəhərində fəaliyyət göstərən tibbi müəssiələrdə sıxlıq olduğunu deyən N.Həmzəyev izah edib ki, tək Gəncə deyil, Qərb regionunda yaşayan vətandaşlar da bu xəstəxanaların xidmətlərdən istifadə edirlər:

"Mən düşünürəm ki, qeyd etdiyim tbbi kompleksi istifadəyə verə bilsək, hətta onun bazasında Gəncə Dövlət Universitetinin tibb fakültəsini də aça bilərik. Bu məsələnin araşdırılması, dövlətimiz və vətəndaşlarımız üçün faydalı ola biləcək şəkildə reallaşmasına dəstək olmağınızı xahiş edirəm".

Mina Mikayılova


SON XƏBƏRLƏR