• Bakı 13° C

    4.02 m/s

  • USD - 1.7

    EUR - 1.8431

    RUB - 1.9726

Heyvanların kəsilməsi üçün yaş həddi olmalıdır - Deputat

CƏMİYYƏT

14 Mart 2025 | 12:34

Heyvanların kəsilməsi üçün yaş həddi olmalıdır - Deputat

"Qardaş Türkiyədə olduğu kimi, bizdə də heyvanların kəsilməsi üçün yaş həddi olmalıdır".

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Rzayev deyib.

Onun sözlərinə görə, 7-8 kq-lıq quzuların, körpə danaların kəsilməsi bazarlarda ətin qiymətində artıma gətirib çıxardır.

"Heyvan kəsimi sahəsində qadağa olmadığı üçün bundan sui-istifadə edirlər. Həmçinin mənşəyi bilinməyən ətlərin satılması əhali arasında sağlamlıq problemləri yaradır. Bu istiqamətdə qanunvericilikdə qadağalar tətbiq edilməsi zəruridir".

Mina Mikayılova


SON XƏBƏRLƏR

14 Mart 2025