Rusiya Ukrayna ilə ərazi mübadiləsi mövzusunu müzakirə etməyəcək.
Bakıvaxtı.az Apa-ya istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Rusiyanın Kursk vilayətindəki bütün Ukrayna bölmələri məhv ediləcək və Rusiyanın regionlarından çıxarılacaq.
Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski Kursk vilayətinin Kiyevin nəzarətində olan hissəsinin Ukraynanın Rusiya ordusunun nəzarətində olan ərazilərlə dəyişdirilə bilinəcəyini söyləyib.