• Bakı 15° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

ABŞ Dövlət katibi Ukrayna böhranının bitəcəyi vaxtı söyləməkdən imtina etdi

DÜNYA

12 Fevral 2025 | 14:38

ABŞ Dövlət katibi Ukrayna böhranının bitəcəyi vaxtı söyləməkdən imtina etdi

ABŞ Dövlət katibi Marko Rubio Ukrayna böhranının bitəcəyi vaxtın proqnozlaşdırılmasını mümkün hesab etmir.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu CNN-ə açıqlamasında bildirib.

"Düşünürəm ki, heç kim bunun vaxtını və ya tarixini müəyyən edə bilməz. Ümid edirəm ki, bu, mümkün qədər tez baş verəcək, amma vaxt çərçivəsi söyləyə bilmərəm", - M.Rubio qeyd edib.

O etiraf edib ki, bu, mürəkkəb böhrandır və Vaşinqton onun həllinə nail olmaq istəyir. Bu həllə əsasən Ukrayna suveren və müstəqil ölkə olaraq qalmalı, münaqişə isə yenidən başlamamalıdır. M.Rubio nikbin olduğunu və ABŞ administrasiyasının “həqiqətən çox işləmək”də qərarlı olduğunu vurğulayıb.

Dövlət katibi xatırladıb ki, ABŞ Ukrayna hakimiyyəti ilə dialoq aparacaq. M.Rubionun özü də bu həftə Ukrayna nümayəndələri ilə görüşəcək.


SON XƏBƏRLƏR

18 Aprel 2025