• Bakı C

    1.97 m/s

  • USD - 1.7

    EUR - 1.7604

    RUB - 1.7617

Rusiyanın geosiyasi hədəfləri: Danimarka hesabatı nələr vəd edir?

DÜNYA

12 Fevral 2025 | 13:41

Rusiyanın geosiyasi hədəfləri: Danimarka hesabatı nələr vəd edir?

Danimarka Müdafiə Kəşfiyyat Xidmətinin yayımladığı son hesabat, Rusiyanın hərbi və geosiyasi ambisiyalarının Avropa üçün potensial təhdidlər yaratdığına dair əhəmiyyətli bir xəbərdarlıqdır.

Bakıvaxtı.az-ın məlumatına görə, hesabatda qeyd edilib ki, Ukraynada müharibənin sona çatması ilə Rusiya beş il ərzində Avropada genişmiqyaslı bir müharibə başlatmaq niyyəti güdə bilər. Bu, yalnız Danimarkaya deyil, bütün Avropa dövlətlərinə ciddi bir təhlükəsizlik xəbərdarlığı olaraq qiymətləndirilir. Rusiyanın regiondakı hərbi üstünlüyünü qorumağa çalışması, həmçinin Şimal qütbünə qədər olan ərazilərə nəzarət etmə istəyinin artması, Avropanın gələcək təhlükəsizlik siyasətinə təsir edə bilər. Rusiyanın bu cür genişlənmə siyasətləri, regionda sabitliyin pozulması və təhlükəsizlik risklərinin artmasına səbəb ola bilər.

Rusiyanın geosiyasi hədəfləri və hərbi strategiyası, xüsusilə Danimarka və daha geniş Avropa kontekstində doğuracağı potensial təhdidlər hansı istiqamətə yönələ bilər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Əlimusa İbrahimovun sözlərinə görə, Rusiyanın hücumları ilə bağlı səsləndirilən fikirlər hələ ki, iddiadır:

"Əlbəttə ki, bu gün Rusiyanın yaxın beş ildə Avropaya hücum edə biləcəyindən bir ehtimal kimi danışmaq olar. Heç şübhəsiz, Rusiyanın gələcək ekspansiyaları Rusiya-Ukrayna müharibəsinin taleyindən asılı olacaq. Məhz buna görə də bu gün Rusiya-Ukrayna cəbhəsində Rusiyaya qarşı dayananlar onun ciddi şəkildə zəifləməsi istiqamətində mübarizə aparırlar”.

Müsahibimiz qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi Qərb və ABŞ üçün Rusiyanın qarşısını almaqda bir imkan kimi dəyərləndirilir. ABŞ-nin yeni prezidenti Rusiyanın qarşısının alınmasında Avropanın üzərinə daha çox vəzifə düşdüyünü dönə-dönə təkrar edir".

Əlimusa İbrahimov: Səsləndirilən fikirlərin hamısı hələ ki, iddiadır

Onun sözlərinə görə, Danimarka Müdafiə Kəşfiyyat Xidməti tərəfindən hazırlanan hesabat Rusiyanın Avropanın gələcəyi üçün ciddi təhlükə yaratdığını bir daha ortaya qoyub. Həmsöhbətimizə görə, sözügedən hesabatda Ukraynada müharibənin bitəcəyi təqdirdə Rusiyanın beş il ərzində Avropada genişmiqyaslı müharibəyə başlaya biləcəyi bildirili. Mütəxəssisin fikrincə, bu müharibənin Rusiyanın xeyrinə bitməsi halında rəsmi Moskva Avropaya qarşı genişmiqyaslı hücuma keçə biləcək. Əks halda onun yeni bir müharibə oçağı yaratmağa imkanları olduqca zəifləyə bilər:

"Bu hesabat Amerikanın yeni seçilmiş prezidenti Donald Trampın Rusiya ilə danışıqlara başlaması fonunda xəbərdarlıq səciyyəsi də daşıya bilər. Avropa İnstitutlar Trampı Rusiya ilə münasibətdə olduqca ehtiyatlı olmağa çağırırlar".

Əli Hüseynov


SON XƏBƏRLƏR