Ermənistan Avrasiya İqtisadi İttifaqından (Aİİ) mümkün çıxışın risklərini qiymətləndirir.
Bakıvaxtı.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bunu ölkənin maliyyə naziri Vahe Ovannisyan bildirib.
"Bizim müxtəlif hesablamalarımız var. Bütün riskləri, o cümlədən bu məsələ ilə bağlı riskləri qiymətləndiririk. Çoxlu risklər var", - nazir deyib.
Onun sözlərinə görə, Maliyyə Nazirliyi müxtəlif ssenarilər müzakirə edir.
"Bu bizim işimizdir. Aİİ-dən çıxmaq, əgər bu gün baş verərsə, risklərlə müşayiət olunacaq", - nazirlik rəhbəri qeyd edib.
Qeyd edək ki, bundan əvvəl Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan hökumətin Aİİ-dən çıxmaq məsələsini nəzərdən keçirmədiyini bildirib.